Türkiyə kuboku: "Trabzonspor" və "Göztəpə" yoluna davam edir
Türkiyə kubokunda 1/8 final mərhələsinin cavab görüşləri davam edir. SportLine.az xəbər verir ki, azarkeşlər növbəti oyun günündə daha üç qarşılaşmaya şahidlik ediblər.
Favoritlərdən "Trabzonspor" “Balıkəsirspor”la ikinci dueldən də qalib ayrılmaqla 1/4 finala yüksəlib.
"Göztəpə" və "Yeni Malatyaspor" da yoluna davam edən komandaların siyahısına qoşulub.
23 yanvar 2019
Türkiyə kuboku
1/8 final (cavab oyunları)
“Göztəpə” – “Antalyaspor” – 3:0
QOLLAR: Çelik, 21-ö.q., Günlər, 39, Kadah, 66
İlk oyun – 3:3
“Balıkəsirspor” – “Trabzonspor” – 1:3
QOLLAR: Belek, 34 – Novak, 32, Parmak, 59, 87
İlk oyun – 1:2
“Bodrumspor” – “Yeni Malatyaspor” – 1:2
QOLLAR: Türkdoğan, 61 – Alıcı, 79, Şişmanoğlu, 87
İlk oyun – 2:3