Türkiyə millisində ayrılıq
Türkiyə U-19 millisi baş məşqçisi Sabri Sarıoğlu vəzifəsindən ayrıldığını açıqlayıb.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis bu qərarı şəxsi sosial media hesabında ictimaiyyətə çatdırıb.
Sabri Sarıoğlu paylaşımında bildirib:“Mart 2023-dən bəri böyük qürur və fədakarlıqla yer aldığım U-19 Milli Komandanın baş məşqçi vəzifəsindən bu gündən etibarən Türkiyə Futbol Federasiyası ilə qarşılıqlı razılaşma əsasında ayrıldım.”