Türkiyə millisində ciddi itki

Türkiyə millisi AVRO-2020 ərəfəsində daha bir itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, "Kristal Pelas"ın hücumçusu Cenk Tosun məşq vaxtı zədələnib. Onun yaşıl meydanlardan 6 ayadək kənarda qalacağı açıqlanıb.

Daha əvvəl Yusuf Yazıcı və Merih Demiral da uzunmüddətli sıradan çıxmışdı. Onların da AVRO-2020-ni buraxacaqları bildirilir. Əvəzində Abdulkadir Ömür artıq yaşıl meydanlara qayıdıb, Dorukhan Toköz isə kollektiv məşqlərə hələ başlamayıb. 

Qeyd edək ki, Avropa çempionatı 12 iyun - 12 iyul tarixlərində keçiriləcək. AVRO-2020-nin təqviminə əsasən, açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə görüşləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq.