Türkiyə millisində "yarpaq tökümü"

Türkiyə millisinin daha bir futbolçusu zədələnib.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın  müdafiəçisi Ozan Kabak sıradan çıxıb. Almaniya Bundesliqanın 24-cü turunda "Köln"lə matçın 29-cu dəqiqəsində zədələnən  "Şalke"nin futbolçusunun təqribən 9 - 12 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Onun Avro-2020-yə kimi hazır olmasına çalışılacağı vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə millisinin heyətində Merih Demiral, Yusuf Yazıcı və Cenk Tosun uzunmüddətlik zədələnib.