Türkiyə millisinin yeni baş məşqçisi açıqlandı

Şenol Güneş futbol üzrə Türkiyə milli komandasının yeni başq məşqçisi təyin olunub. 

Sportline.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Təcrübəli mütəxəssislə,  1 iyun 2019-cu il tarixində qüvvəyə minəcək, 4 illik müqavilə imzalanıb.

 Anlaşma 2020-ci il Avropa çempionatı ilə 2022-ci il dünya çempionatını da əhatə edəcək. 

Qeyd edək ki, Şenol Günəş hazırda "Beşiktaş"ın sükanı arxasındadır.