Türkiyə seçməsinin heyəti bəlli oldu

DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində Kosovo ilə qarşılaşacaq Türkiyə millisinin heyəti açıqlanıb. SportLine.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim heyətə 30 futbolçu dəvət edib:

Qapıçılar: Harun Təkin (“Bursaspor”), Berke Özer (“Altınordu”), Volkan Babacan (“Başakşəhər”)
Müdafiəçilər: Gökhan Gönül (“Beşiktaş”), Kan Ayhan (“Fortuna”), Şener Özbayraklı (“Fənərbaxça”), Ahmet Yılmaz Çalık (“Qalatasaray”), Çağlar Söyüncü (“Frayburq”, Almaniya), Mehmet Topal (“Fənərbaxça”), Semih Kaya (“Qalatasaray”), Caner Erkin (“Beşiktaş”), Hasan Ali Kaldırım (“Fənərbaxça”), İsmayıl Köybaşı (“Fənərbaxça”).

Yarımmüdafiəçilər: Ozan Tufan (“Fənərbaxça”), Səlçuk İnan (“Qalatasaray”), Əmrə Mor (“Borussiya”), Sərdar Gürler (“Gənclərbirliyi”), Volkan Şən (“Fənərbaxça”), Dəniz Türünc (“Kayserispor”), Əmrə Akbaba (“Alanyaspor”), Oğuzhan Özyakub (“Beşiktaş”), Əmrə Çolak (“Deportivo”, İspaniya), Yuzuf Yazıçı (“Trabzonspor”), Arda Turan (“Barselona”, İspaniya), Cengiz Ünder (“Başakşəhər”), Olcay Şahan (“Trabzonspor”).

Hücumçular: Burak Yılmaz (“Beijinq Qoyan”, Çin), Cenk Tosun (“Beşiktaş”), Enes Ünal (“Vilyarreal”, İspaniya), Yunus Mallı (“Volfsburq”).

Qeyd edək ki, Kosovo - Türkiyə matçı iyunun 11-də Albaniyada keçiriləcək. Kosovoda UEFA-nın tələblərinə cavab verən stadionun olmamasına görə görüş neytral meydanda oynanılacaq.