Türkiyə Super Kubokunun vaxtı və yeri açıqlandı

“Qalatasaray” və “Akhisarspor” arasında leçiriləcək Super Kubok matçının yeri və vaxtı müəyyənləşib.

Sportline.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsi oyunun avqust ayının 7-ə təyin edib. Görüş “Ankara Eryaman” stadionunda təşkil olunacaq və yerli vaxtla 20:45-də başlanacaq.

Xatırladaq ki, “Qalatasaray” 2018/19 mövsümündə həm Super Liqanın, həm də ölkə kubokunun qalibi olub. “Akhisarspor” isə Türkiyə kubokunun finalçısı kimi superkubok matçında oynamaq hüququ qazanıb.