Türkiyə Superliqasına yüksələn son komanda da müəyyənləşdi

Türkiyə Superliqasında oynayacaq son komandanın da adı müəyyənləşib.

Sportline.az xəbər verir ki, "Gazişehir Gaziantep" də artıq elitadadır. Komanda 1-ci liqanın pley-off oyununda "Hatayspor"a penaltilər seriyasında qalib gələrək (əsas vaxt-1:1, penaltilər - 5:3) Superliqaya vəsiqə qazanıb.

Bu klubdan əvvəl "Dənizlispor" və "Gənclərbirliyi" də yüksək liqada yerini təmin edib.