Türkiyə Superliqasında baş məşqçi ayrılığı

Türkiyə Superliqasında mübarizə aparan "Kasımpaşa" klubu baş məşqçisi ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, bir vaxtlar "Xəzər Lənkəran"da da çalışan Mustafa Denizli komandadan ayrılıb.

Buna səbəb isə 70 yaşlı mütəxəssis uğursuz nətiəcələrə görə klubdan getdiyini bildirib.

Qeyd edək ki, "Kasımpaşa" 32 turdan sonra yarış cədvəlində 38 xalla 13-cüdür