Türkiyədə 4 saatlıq məşqçi gündəmə düşdü

Türkiyənin "Kasımpaşa" klubu bu gün baş məşqçi vəzifəsinə rəsmən təyin etdiyi İbrahim Üzülməzlə yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 45 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalasa da, 4 saat sonra sözləşməsinə xitam verib.

Klub rəhbərliyi və baş məşqçi arasında fikir ayrılığı yarandığı üçün belə qərar qəbul edilib. Üzülməz klubun hədəfləri ilə transfer siyasətində rəhbərliklə sözlərinin üst-üstə düşmədiyini bildirib.