Türkiyədə hakim döyüldü

Türkiyənin həvəskar liqasında keçirilən "Ayrancılar Genclikspor" - "MESEV Gençlik və Spor" oyunu insidentlə yadda qalıb. SportLine.az "Doğan Xəbər Agentliyi"nə istinadən xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Burak Atasoy, komandanın futbolçuları və azarkeşlər görüşün əsas hakimi Fatih Tokailə hücum ediblər.

Hakim qərarlarından narazı qalan "Ayrancılar Genclikspor"un üzvləri hakimi döyüblər.

Hadisədə iştirak edən şəxslər polis tərəfindən yaxalanıb.