Türkiyədə "Kocaman" istefa

Türkiyənin “Konyaspor” klubu baş məşqçisi Aykut Kocamanla yollarını ayırıb.

Sportline.az xəbər verir ki, 54 yaşlı çalışdırıcının müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Kocaman 2018-ci ilin noyabrından “Konyaspor”u çalışdırırdı. Türkiyəli mütəxəssis 2005-2006, 2014-2017-ci illərdə də Konya klubunun baş məşqçisi olub.

“Konyaspor” Sper Liqada 21 oyundan sonra 20 xalla 14-cüdür.