Türkiyədən Fransa klubuna

"Lill" "Trabzonspor"un futbolçusu Yusuf Yazıcını transfer edib.

Sportline.az xəbər verir ki, Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

Türkiyə təmsilçisi 22 yaşlı hücumameyilli yarımmüdafiəçini 16.5 milyon avroya satdığını açıqlayıb. Y.Yazıcı 2019/2020 mövsümündə 25 matçda oynayacağı təqdirdə, "Trabzonspor"a əlavə 1 milyon avro da ödəniləcək.