Türkiyədən İngiltərəyə

Türkiyənin "Kasımpaşa" klubunun yarımmüdafiəçisi Trezeqe karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Soortline.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, misirli futbolçu "Aston Villa"da çıxış edəcək. Artıq klublar arasında keçidlə bağlı bütün detallar razılaşdırılıb. Əgər 24 yaşlı oyunçu tibbi müayinədən uğurla keçə bilsə, yeni komandası ilə müqavilə bağlayacaq. İngilislərin bu transfer üçün Superliqa təmsilçisinə 10 milyon avro təzminat ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Misir millisinin də üzvü olan Trezeqe daha əvvəl Belçikanın "Anderlext" və "Muskron" klublarında da çıxış edib.