Türkiyəli boksçu Fransada qəhrəman oldu

Türkiyəli boksçu Fransada qəhrəman olub.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Fransada yaşayan Kamal Altınpınar yaşadığı dairədə yanğın çıxan zaman qonşuluğunda qalan yaşlı qadının həyatını xilas edib.

Kamal Altınpınar açıqlamasında :"Qonşuluqda yaşlı qadın olduğunu bilirdim. Qapı açılmadığı üçün balkondan girdim. Xoşbəxtlikdən bədbəxt hadisə baş verməyib",-deyib.

Qeyd edək ki,Fransa dövlət rəsmiləri Kamal Altınpınarı medalla təltif ediblər.