Türkiyəli futbolçu PSJ-dən ayrıldı

PSJ-nin futbolçusu Metehan Güçlü Fransanın digər klubu "Renn"ə keçib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Fransada doğulan türkiyəli futbolçu PSJ-nin yetirməsidi. O, Türkiyənin U-21 millisinin üzvüdür.