Türkiyəli futbolçu Çinə gedə bilər

Transferlərlə gündəmə gələn Çin klubları Burak Yılmazın ardından daha bir türkiyəli futbolçuya elçi düşüb. SportLine.az xəbər verir ki, bu dəfə hədəfdə "Beşiktaş"ın üzvü Çenk Tosun var.

Hazırda Çin Super Liqasında çıxış edən üç klub 25 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Klubların mövsümün sonunda "Qara qartal"a rəsmi təklif göndərəcəyi gözlənilir. 

Qeyd edək ki, "Tottenhem" və Leverkuzen "Bayer"i də C.Tosunun xidmətində maraqlıdır.