Tutu İsmayılova: "Hədəfim qızıl medaldır"
Savat millimizin üzvü Tutu İsmayılova Səudiyyə Ərəbistanında keçiriləcək Dünya Oyunlarında iştirak edəcək.
Sportline.az saytına açıqlama verən idmançımız yarışla bağlı hədəfindən danışıb.
"Hədəfim qızıl medaldır. Çox əziyyət çəkmişik. Məşqçilərim mənə inanır. Mən də özümə inanıram. Ümid edirəm ki, Vətənə çempion kimi qayıdacağam".
Qeyd edək ki, Beynəlxalq Olimpiya komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda bu il 16 brend idman növü seçilib.
Savat növündə ölkəmizi təmsil edəcək Tutu İsmayılova 52 kq çəki dərəcəsində mübarizə aparacaq.