Üçqat ölkə çempionumuz şəhid oldu
Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərdə şəhid idmançımız var.
Sportline.az xəbər verir ki, yüngül atletikada kross qaçışı üzrə 3 qat ölkə çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi Qeybiyev Arif şiddətli döyüşlərdə qəhərmancasına şəhid olub.
Azərbaycan Atletika Federasiyası başsağlığı mesajı yazıb.
Şəhidimiz doğulduğu - Astara rayon Ərçivan qəsəbəsində dəfn olunub.