UEFA Avropa Liqası: Bu gün "Qarabağ"ın rəqibləri bəlli olacaq
Bu gün "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olacaq.
Sportline.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Azərbaycan çempionu püşkatmaya üçüncü səbətdən qatılacaq. "Köhlən atlar"ın 8 rəqibi dəqiqləşəcək. "Qarabağ" bunların dördü ilə evdə, digərləri isə səfərdə oynayacaq.
Birinci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Tottenhem" (hər ikisi İngiltərə), "Ayntraxt" (Almaniya), "Portu" (Portuqaliya), "Ayaks" (Niderland), "Reyncers" (Şotlandiya), "Slaviya" (Çexiya).
İkinci səbət: "Real Sosyedad" (İspaniya), AZ (Alkmaar, Niderland), "Braqa" (Portuqaliya) "Lion" (Fransa), "Fənərbağça" (Türkiyə), "Olimpiakos", PAOK (hər ikisi Yunanıstan), "Makkabi" (Tel-Əviv, İsrail), "Ferentsvaroş" (Macarıstan).
Üçüncü səbət: "Qarabağ" (Azərbaycan), "Qalatasaray" (Türkiyə), "Viktoriya" (Plzen, Çexiya), "Budyo Qlimt" (Norveç), "Yunion" (Belçika), "Dinamo" (Kiyev, Ukrayna), "Ludoqorets" (Bolqarıstan), "Midtyullann" (Danimarka), "Malmö" (İsveç).
Dördüncü səbət: "Atletik" (Bilbao, İspaniya), "Hoffenhaym" (Almaniya), "Nitsa" (Fransa), "Anderlext" (Belçika), "Tvente" (Niderland), "Beşiktaş" (Türkiyə), "Styaua" (Rumıniya), RFS (Latviya), "Elfsborq" (İsveç).