UEFA Avropa Liqası: "Trabzonspor" "Rapid"ə qarşı

Bu gün Uefa Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, Türkiyə təmsilçisi "Trabzonspor" doğma meydanda Avstriyanın "Rapid" klubu ilə qarşılaşacaq.

"Papara Park"da baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə 21:00-da səslənəcək.

"Trabzonspor" bundan əvvəlki turda Slovakiyanın "Rujomberok" komandasını iki oyunun nəticəsinə görə 3-0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırmışdı.

"Rapid" isə iki oyunun  nəticəsinə görə "Visla"dan (Polşa) üstün olmuşdu.(8-2).

Qeyd edək ki, tərəflər arasında cavab oyunu 1 həftə sonra Avstriyada olacaq.