UEFA "Beşiktaş"ın futbolçusunu cəzalandırdı

UEFA "Beşiktaş"ın futbolçusu - Vinsent Abubakarı cəzalandırıb. SportLine.az xəbər verir ki, Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Olimpiakos"la görüşdə qırmızı vərəqə ilə meydandan qovulan kamerunlu qarşıdakı üç oyunda komandasına kömək edə bilməyəcək.

25 yaşlı hücumçu Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində Fransanın "Lion" klubuna qarşı matçlarda və komandası yarımfinala yüksələrsə, mərhələnin ilk oyununda iştirak edə bilməyəcək.

Xatırladaq ki, V.Abubakar Türkiyə Super Liqasının son turunda da qırmızı vərəqə görmüşdü.

Banner