UEFA Millətlər Liqası: Yarımfinal mərhələsinə start verilir

Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Sportline.az xəbər verir ki, Almaniyada təşkil olunan raundun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Almaniya yığması Portuqaliya ilə üz-üzə gələcək. Görüş Münhendəki “Allianz Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, digər yarımfinal matçı sabah İspaniya və Fransa komandaları arasında baş tutacaq. Bu görüş “Ştutqart Arena”da keçiriləcək.