UEFA Millətlər Liqasında ikinci finalçı məlumdur
UEFA Millətlər Liqasında ikinci finalçı məlum olub.
Sportline.az xəbər verir ki, İspaniya - Fransa görüşü pireneylilərin 5-4 hesablı qələbəsi ilə nəticələnib.
Qolları Uilyams (1:0), Merinos (2:0), Yamal (3:0), Pedri (4:0) Mbappe (4:1), Yamal (5:1) Şerki (5:2), Vivian (5:3) və Kolo-Muani (5:4) vurub.
Qeyd edək ki, birinci yarımfinalda Portuqaliya Almaniyanı 2-1 hesabı ilə məğlub etmişdi. Beləliklə, finalda Portuqaliya və İspaniya, bürünc medal uğrunda oyunda isə Almaniya və Fransa komandaları qarşılaşacaqlar.
Həmin görüşlər iyunun 8-də keçiriləcək.