Ukrayna - Azərbaycan görüşünün stadionu məlum olub
Milli komandanın dünya çempionatının seçmə mərhələsində Ukrayna millisi ilə keçirəcəyi səfər oyununun məkanı müəyyənləşib.
Sportline.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun IV turunun matçı oktyabrın 13-də Polşanın Vrotslav şəhərindəki “Tarçinski Arena”da oynanılacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, komandamız Ukrayna millisi ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.