Ukrayna İdman Nazirliyindən FIFA və UEFA-ya çağırış

Ukraynanın Gənclər və İdman Nazirliyi Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) və Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) 17 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının beynəlxalq turnirlərə buraxılması qərarını ləğv etməyə çağırıb.

Sportline.az xəbər verir ki, Ukrayna İdman Nazirliyi həmçinin UEFA-ya üzv olan bütün assosiasiyalara Rusiya millisinin iştirakı ilə keçiriləcək istənilən matç və turnirlərin boykotuna qoşulmaq xahişi ilə müraciət edib.

Sentyabrın 26-da UEFA İcraiyyə Komitəsi 17 yaşından aşağı futbolçuları olan Rusiya milli komandalarına öz himayəsi altında yarışmağa icazə verib. Qərar həm kişi, həm də qadın komandalarına şamil edilir. Daha sonra Ukrayna, İngiltərə, Polşa, Latviya, İsveç, Danimarka, Norveç, Litva, Finlandiya və Rumıniya Rusiyanın gənclərdən ibarət komandalarının iştirakı ilə keçirilən yarışlarda iştirakdan imtina edib. Bununla belə, "Sky News"un məlumatına görə, UEFA Rusiya ilə oynamaqdan imtina edən ölkələri sakitləşdirməyə çalışır.