Ukraynalı ulduzun "Milan" arzusu alınmadı
"Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenkonun "Milan"a yollanmaq istəyi baş tutmayıb.
Sportline.az xəbər verir ki, İtaliya nəhəngi onun xidmətində maraqlı olmadığını bildirib.
Bu haqda "Football Italia" məlumat yayıb.
Mənbə Teo Ernandesin "Atletiko"ya mümkün transferi ilə bağlı adı hallanan ukraynalının keçidinin baş tutmayacağını yazıb.
Buna "Milan"ın Teo üçün Madriddən gələn təklifi rədd etməsi olub.
Qeyd edək ki, madridlilər fransalı müdafiəçi üçün "Milan"a 18 milyon avro təklif etmişdilər.