Ulduz futbolçu barədə yeni iddia

Daha bir İngiltərə klubu "Barselona"nın futbolçusu Lionel Messi ilə maraqlanır.

Sportline.az xəbər verir ki, bu barədə goal.com saytı məlumat yayıb. "Çelsi"nin argentinalı hücumçu ilə maraqlandığı bildirilib.

Qeyd edək ki, Messinin Kataloniya təmsilçisi ilə müqaviləsi gələn yay başa çatır. 33 yaşlı oyunçu yanvar ayından digər klublarla danışıqlara başlaya bilər. Messi ilə "Mançester Siti"nin maraqlandığı bildirilir.