Ulduz futbolçu "Barselona"ya qayıtdı

"Barselona" sabiq futbolçusu Dani Alvesi transfer edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Braziliyalı oyunçu Kataloniya təmsilçisinə azad agent kimi keçib.

O, komandaya qoşulacaq və gələn həftədən məşqlərə başlayacaq. Lakin futbolçu yalnız 2022-ci ilin yanvarından rəsmi oyunlarda meydana çıxa biləcək.

Qeyd edək ki, Alves 2008-2016-cı illərdə "Barselona"da oynayıb. Onun son klubu "San-Paulu" (Braziliya) olub.