Ulduz futbolçu məhkəməyə çağrılıb

Madrid "Real"ının müdafiəçisi Eder Militao zərərçəkmiş qismində məhkəməyə çağırılıb.

Sportline.az Mundo Deportivo nəşrinə istinadla xəbər verir ki, o, ötən mövsüm «Valensiya» ya qarşı oyunda ünvanına səsləndirilən irqçi təhqirlərlə bağlı məhkəmə prosesinə qatılacaq.

Məhkəmə iclası noyabrın 21-də olacaq.

Qeyd edək ki, La Liqa rəhbərliyi kral klubunun müdafiəçisinin irqçi xarakterli təhqirlərlə üzləşdiyi haqqında məhkəməyə rəsmi bəyanat göndərib.