Uolker "Fənərbağça"ya transfer olmaq istəyir

"Fənərbağça" "Mançester Siti"nin sağ cinah müdafiəçisi Kayl Uokeri transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, tərəflər arasında danışıqlar məhsuldar alınıb.

“TRT Spor”un xəbərinə görə, futbolçu transferə razılıq verib və o klubdan iki illik müqavilə tələb edib.

Bildirilir ki, Kayl Uoker "Fənərbağça" ilə anlaşarsa, 1 illik müqaviləsi olan "Mançester Siti" ilə müqaviləsini ləğv etmək üçün danışıqlara başlayacaq.

 Kayl Uoker dünya şöhrətli baş məşqçi Joze Mourinyo ilə işləmək istəyir.

Xəbərdə deyilir ki, Pep Qvardiola ötən mövsümün ikinci yarısını “Milan”da icarə əsasında keçirən Uokerin klubdan getməsinə razılıq verib.