Ürəyi dayanan idmançı yenidən meydana qayıdıb
Şimali Amerika Milli Futbol Liqasında (amerikan futbolu) "Baffalo Bills" komandasının üzvü Damar Hemlin idmançı karyerasını bərpa edib.
Sportline.az liqanın rəsmi saytında yayılan məlumata görə, yanvar ayında rəqiblə toqquşmadan sonra huşunu itirən Hemlin müalicəsini başa vurub.
Onu yenidən məşqlərə qatıldğı bildirilir.
Qeyd edək ki, həmin hadisədən dərhal sonra xəstəxanaya çatdırılan idmançının ürəyinin dayandığı və həkimlərin səyi nəticəsində həyata qaytarıldığı haqda xəbər yayılmışdı.