Uşu millimiz Vətənə uğurla qayıdıb
Türkiyənin Ədirnə şəhərində keçirilən uşu üzrə açıq Balkan çempionatında ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar.
Sportline.az xəbər verir ki, idmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, həmçinin idmançıların ailə üzvləri qarşılayıblar.
Xatırladaq ki, uşu üzrə Azərbaycan milli komandası Türkiyənin Ədirnə şəhərində keçirilən açıq Balkan çempionatında 4 qızıl, 2 gümüş və 7 bürünc medallar qazanıb.