Uzunmüddətli Fati planı

"Barselona" gənc hücumçusu Ansu Fati ilə uzunmüddətli müqaviləi imzalamaq niyyətindədir.

Sportline.az İspaniyanın "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, futbolçu özü də bu fikrə müsbət yanaşır.

Klubun niyyəti Fatini komandanın əfsanəsinə çevirməkdir.

Xatırladaq ki, Lionel Messinin gedişindən sonra "Barselona"da 10 nömrəli formada məhz 18 yaşlı Fati çıxış edəcək.