Valbuena "Fənərbağça"dan getdi

Yeni mövsümə hazırlaşan "Fənərbağça" bir futbolçusu ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, bu, "sarı-lacivərdlilər"in yarımmüdafiəçisi Matyü Valbuenadır.

Müqaviləsinin müddəti bitən 34 yaşlı fransalı futbolçu vida mesajında "Fənərbağça" camiəsinə təşəkkürünü bildirib. Valbuena yeni mövsümdə Yunanıstanın "Olimpiakos" klubunun şərəfini qoruyacaq.