"Valensiya"nın futbolçusu "Beşiktaş"da

Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Beşiktaş" heyətini gücləndirib. SportLine.az xəbər verir ki, "qara qartal" "Valensiya"nın futbolçusu - Alvaro Neqredonu heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə futbolçu ilə  3+1 illik müqavilə imzalandığı qeyd olunub. Transfer İstanbul klubunu 2,5 milyon avro xərcə salıb.