Vardi İngiltərənin başqa klubuna transfer olacaq

"Lester Siti"nin ingiltərəli futbolçusu Ceymi Vardi karyerasını "Kristal Pelas"da davam etdirəcək.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, Vardi "Kristal Pelas"ın təklifini qəbul edib.

38 yaşlı forvard "Lester Siti"ni azad agent kimi tərk edəcək.

Qeyd edək ki, Ceymi Vardi bu mövsüm çıxış etdiyi 36 matçda 10 qol 4 asistlə yadda qalıb.