"Vest Hem" "Çelsi"dən 70 milyon avroi tələb edir

"Vest Hem Yunayted"in qanalı futbolçusu Mohammed Kuduz "Çelsi"nin əsas transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Bu keçid üçün "Vest Hem"in rəhbərliyi "Çelsi"dən 70 milyon avro tələb edir.

Qeyd edək ki, Mohammed Kuduzun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Futbolçunun meneceri "Çelsi" ilə təmas halındadır.

Xatırladaq ki, M.Kuduz "Vest Hem Yunayted"ə "Ayaks"dan 43 milyon avro qarşılığında transfer olmuşdu.