"Vest Hem" "Liverpul"dan 80 milyon avro tələb edir

"Vest Hem"in yarımmüdafiəçisi Mateuş Fernandeş "Liverpul"un maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi yayda London klubuna rəsmi təklif göndərəcək.

"Team Talk"un yaydığı məlumata görə, "Vest Hem" bu keçid üçün qarşı tərəfdən 80 milyon avro tələb edir.

Qeyd edək ki, M.Fernandeş "Liverpul"a keçməyə isti yanaşır.