"Vest Hem" ulduzu ilə vidalaşır
"Vest Hem Yunayted" brazilyalı futbolçusu Lukas Paketa ilə yollarını ayırmaq qərarına gəlib.
Sportline.az "RTI Esporte" nəşrinə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi oyunçunun qumar oynamasına sərt şəkildə etiraz edib.
Bu səbəbdəb Paketa mövsümün sonunda satılacaq. 27 yaşlı yarımmüdafiəçi üçün "Vest Hem Yunayted" 40 milyon avro tələb edir.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 matçda 5 qolla yadda qalıb.
Qeyd edək ki, Lukas Paketa 2022-ci ilin yayında "Lion"dan "Vest Hem Yunayted"ə,42.9 milyon avro qarşılığında transfer olmuşdu.