"Vest Hem Yunayted"in yeni transfer hədəfi bəlli olub
"Əl-Nəsr"in kolumbiyalı forvardı Con Duran karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Vest Hem Yunayted" Con Duran elçi düşüb.
London klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Con Duran "Əl-Nəsr"ə bu ilin yanvar ayında 77 milyon avro qarşılığında "Aston Villa"dan transfer olunmuşdu.
O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etduiyi 47 matçda rəqib qapılarından 24 top keçirib.