"Vilyareal"dan xal itkisi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindən olan "Vilyarreal” İspaniya La Liqasında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, komanda XI turda lider "Real Sosyedad”ın qonağı olub. 

Rəqiblər bu oyundan heç-heçə ilə ayrılıblar - 1:1. 

Qeyd edək ki, xallarının sayını 19-a çatdıran "Vilyarreal” 3-cü sırada qərarlaşıb.