Vinisius qolu basketbolçuya həsr edib

"Real"ın futbolçusu Vinisius Junior İspaniya Super kubokunun finalında vurduğu qol zamanı basketbol hərəkəti nümayiş etdirmişdi.

Sportline.az xəbər verir ki, braziliyalı forvard bu qolu "Boston Seltik"in oyunçusu Ceylen Brauna həsr etdiyini bildirib.

"Yeni il tətilimi onunla keçirmişdim. Oyunqabağı isə qolu ona həsr etməyimi istəmişdi. Bu qədər sadə", - deyə Vinisius Mundo Deportivo nəşrinə açıqlamasında bildirib.

Xatırladaq ki, söhbət hücumçunun 4-1 hesabı ilə bitən matçda vurduğu ikinci qoldan gedir.