"Real"ın ulduzu çətin vəziyyətdə qalıb

“Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior irqçiliyin həddindən artıq təzahürlərinə görə Madrid klubunu tərk etmək niyyətindədir.

Sportline.az ESPN.com.a istinadla xəbər verir ki, hücumçu hələ tərəddüd edir və son qərarını verməyib.

O, başqa kluba keçmək variantını nəzərdən keçirməkdən imtina edib.

Qeyd edək ki, La Liqanın 35-ci turunda Madrid klubunun 0:1 hesabı ilə uduzduğu matçda da "Valensiya" azarkeşləri futbolçunun ünvanına irqçi ifadələr səsləndiriblər.