Vinisius sərfəli təklifdən imtina edib

"Real"ın hücumçusu Vinisius Junior Səudiyyə Ərəbistanından aldığı olduqca sərfəli təklifdən imtina edib.

Sportline.az xəbər verir ki, ərəblər onu 2034-cü il Dünya çempionatının siması kimi təqdim etmək istəiblər. 

Təbii ki, bunun üçün Vinisius Səudiyyə klublarından birinin formasını geyinməl imiş.

"The Athletic"in məlumatına görə, braziliyalı futbolçu karyerasını üstün tutaraq, Madriddə qalmağa üstünlük verib.

Qeyd edək ki, ulduz futbolçu ötən mövsüm "Real"la İspaniya çempionatı, Superkuboku, həmçinin Çempionlar Liqası yarışlarının qalibi olub.