Vinisius yeni mövsümdə belə oynayacaq

Vinisius Junior yeni mövsümdə "Real"ın 7 nömrəli forması ilə meydana çıxacaq.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu komandadan ayrılan Eden Azarın "7 nömrəsinə" sahib çıxıb.

Bundan əvvəl bu formanı Kriştianu Ronaldu geyinirdi.

Vinisiusun əvvəllər çıxış etdiyi 20 nömrəli forma isə komandanın yeni transferi Fran Qarsiyada olacaq.