Virtsin transfer qiyməti açıqlanıb

"Bayer" almaniyalı futbolçusu Florian Virtsin transfer qiymətini açıqlanıb.

Sportline.az "The Times" nəşrinə istinadən xəbər verir ki, Almaniya klubunun rəhbərliyi Virts üçün 126 milyon avro tələb edir.

22 yaşlı futbolçu ilə "Bavariya" və "Liverpul" yaxından maraqlanır.

Qeyd edək ki, "Mançester Siti" klubu Virtsin qiymətinin baha olması ilə əlaqədar transferdən çəkilib.