Vlahoviçi üç klub transfer etməyə çalışır
"Yuventus"un forvardı Duşan Vlahoviç Avropa klublarının transfer hədəfindədir.
Sportline.az xəbər verir ki, "Çelsi", "Tottenhem" və "Nyukasl" 26 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, D.Vlahoviçin transfer qiyməti 40 milyon avrodur.