"Volfsburq" rusiyalı futbolçuya 15 milyon avro təklif edib
"Volfsburq" Moskva "Lokomotiv"inin futbolçusu Aleksey Batrakovun xidmətində maraqlıdır.
Sportline.az xəbər verir ki, bu haqda championat.com saytında məlumat yayılıb.
Mənbənin bildirdiyinə görə, almaniyalılar qış transfer dönəmində perspektivli yarımmüdafiəçi üçün 15 milyon avro təklif ediblər.
Çox güman ki, məsələ qarşıdakı transfer pəncərəsində həllini tapacaq.
Qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 37 oyunda 15 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.