Volkan Amerikaya gedir

Volkan Dəmirəl mövsümün sonunda "Fənərbağça" ilə vidalaşacaq. SportLine.az "Akşam" qəzetinə istinadən xəbər verir ki, qapıçı karyerasını Amerikada davam etdirmək niyyətindədir.

Yay transfer pəncərəsində bir neçə təklif alsa da, sonda Türkiyədə qalmaq barədə qərar qəbul edən futbolçu, bu dəfə okeanın o tayına getməkdə qərarlıdır.

Meydana çıxdığı son 13 oyunda 20 dəfə qapısında top görən V.Dəmirəl azarkeşlərin etirazının düzgün olduğunu vurğulayıb: "Mən də olsam, özümə etiraz edərdim".

40 yaşınadək "Fənərbağça"da oynamaq niyyətində olan futbolçu, indiyədək 466 oyunda "sarı bülbüllər"in şərifini qoruyub.